"Toppuş bacı"nın həyat yoldaşı ürəyindən əməliyyat olundu
    • 24-01-2023, 16:04
    • 1 417

"Toppuş bacı"nın həyat yoldaşı ürəyindən əməliyyat olundu

Ötən gün vəfat edən əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal dəfndə üzünü bağlaması və insanlardan uzaq durması ilə diqqət çəkib və birmənalı qarşılanmayıb.

Bir çoxları aktrisanın həyat yoldaşının bu hərəkətini müxtəlif yerlərə yozsa da, ailəyə yaxın adamlar əslində Röyalın özünü qoruması üçün belə etdiyini açıqlayıb.

News24.az xəbər verir ki, 35 yaşlı Röyal 2-3 ay öncə ürəyindən əməliyyat olunub.

Aktrisaya yaxın mənbə faktı təsdiqləyib.


“Tünzalə özünün sağlamlığı ilə çarpışdığı bir vaxtda həyat yoldaşının da ürəyində ağır problem olduğunu qəbullana bilmirdi. Röyala əməliyyat vacib idi. Bu məsələ onların hər ikisi üçün əlavə stress yaşatdı. Amma şükür, əməliyyat olunub, düzəlmişdi”.

Həkimlərin təkidi ilə çox insan axını olan şəraitdə, xüsusən virusların aktiv yayıldığı dövrdə tənəffüs üzvlərini bağlamalı idi. Ona görə o maska əvəzi qalın şarfdan istifadə edib. Belə xəstələrin bir neçə ay özünü infeksiyalardan qoruması şərtdir.// bakupost