Şahmat üzrə Azərbaycan çempionatı: finalçılar müəyyənləşdi
    • 24-01-2023, 20:25
    • 211

Şahmat üzrə Azərbaycan çempionatı: finalçılar müəyyənləşdi

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında finalçılar müəyyənləşib.

News24.az-ın məlumatına görə, ikinci yarımfinal görüşlərində Vasif Durarbəyli Eltac Səfərli ilə heç-heçə etməklə, Vüqar Əsədli isə Məhəmməd Muradlıya qalib gəlməklə adlarını həlledici oyuna yazdırıblar.

Sözügedən şahmatçılar yarımfinalın ilk görüşündə rəqiblərini məğlub etmişdilər.

Final yanvarın 26 və 27-də oynanılacaq. İki görüşdən sonra qalib olmasa, finalçılar arasında tay-brek oynanılacaq. 

Səfərli və Muradlı isə 3-cü yer uğrunda qarşılaşmada üz-üzə gələcəklər.