-
- 25-01-2023, 12:41
- 271
Antarktidadan London boyda aysberq qopub
Antarktidadakı Brant Şelfindən London ölçüsündə nəhəng aysberq qopub.
News24.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Britaniya Antarktika Xidməti məlumat yayıb və vurğulayıb ki, bu, son iki ildə ikinci belə qopmadır.
Xidmət qeyd edir ki, aysberqin əmələ gəlməsi təbii prosesin nəticəsi olub və iqlim dəyişikliyi ilə bağlı deyil. Ayrılan buzun sahəsi 1550 kvadrat kilometr qiymətləndirilir.
"Bu hadisə gözlənilən idi və Brant Buz Şelfinin təbii davranışının bir hissəsidir. Bu, iqlim dəyişikliyi ilə əlaqəli deyil", - BAS buzlaqşünası Dominic Hodgson vurğulayıb.
Alimlər ilk dəfə olaraq 10 il əvvəl şelfdə nəhəng çatlar müşahidə ediblər, ona görə də onun əmələ gəlməsi təəccüblü olmayıb. Bənzər bir proses, bir il əvvəl sahəsi 1270 kvadratmetr olan aysberqin ayrılması ilə müşayiət olunub.
Qeyd edək ki, Britaniyanın Halley VI tədqiqat stansiyası hər gün üzən buz şelfinin vəziyyətini izləyir.
Qumral Əliyeva