Bakı Dövlət Peşə Məktəbinin tələbələri Xəzər Media Mərkəzində - Video/Foto
    • 25-01-2023, 16:21
    • 131

Bakı Dövlət Peşə Məktəbinin tələbələri Xəzər Media Mərkəzində - Video/Foto

Beynəlxalq Təhsil Günündə Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri Xəzər Media Mərkəzində qonaq oldular.

News24.az xəbər verir ki, tələbələr Xəzər Media Mərkəzinin Baş direktor müşaviri, tanınmış media nümayəndəsi Teymur Məmmədovla görüşdülər, media mərkəzinin iş prinsipləri, fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini dinlədilər. Verilişlərin studiyalarında istifadə olunan işıq, səs və videoçəkiliş avadanlıqlarının növləri ilə tanış olan qonaqlara bu avadanlıqların funksiyaları, onlardan təhlükəsiz istifadə təlimatları barədə ətraflı məlumat verildi. Daha sonra tələbələr Xəzər Media Mərkəzinin “Araz FM” və “Xəzər FM” radiolarını gəzdilər, efir yayımı prosesi ilə əyani şəkildə tanış oldular.