-
- 25-01-2023, 16:26
- 220
Azərbaycanda xərçəng xəstələri üçün tək bank NİYƏ YOXDUR?
Dünyada ən ciddi və təhlükəli xəstəliklərindən biri də “əsrin bəlası” hesab olunan xərçəng xəstəliyidir. Bu xəstəlik ildən-ilə daha çox tüğyan edir. Xəstəliyin müalicəsi bahalı, proses isə əziyyətlidir.
Bəs, niyə Azərbaycanda xərçəng xəstəliyini öncədən müəyyən etmək üçün profilaktik tədbirlər görülmür? Digər bir sual isə odur ki, niyə Azərbaycanda xərçəng xəstələri üçün tək bank yoxdur? İnsanlar utanaraq, sıxıla-sıxıla kart hesabı açıb yardım toplayırlar.
Tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla məsələ ilə bağlı düşüncələrini News24.az-a bölüşüb.
Professor bildirib ki, nə qədər canlı orqanizm varsa, o qədər xərçəng var: “Bu canlı orqanizmlər peyda olandan indiyə qədər bu xəstəlik mövcuddur. Sadəcə, orqanizmdə bizim hüceyrələrimiz bölünmə prosesinə məruz qalır. Onlar bölünərək artır və köhnə hüceyrələri əvəz edir. Hüceyrələrin yaşam dövrü var. Ona görə də bəzən xarici təsirlər - fiziki təsirlər, viruslar, şüalanma, bakteriyalar, bioloji təsirlər və s. bölünmə prosesinin düzgünlüyünu pozur. Orqanizmdə hər bir orqan və toxumanın, hüceyrənin bir siqnal aktivliyi və onun orqanizmə bağlılığı var. Orqanizm siqnallar vasitəsilə öz orqanlarını tanıyır. Əgər bu siqnal pozularsa, orqanizm orqanın özünü rədd eləməyə çalışır. Amma bununla yanaşı orqanizmdə formasını itirmiş, siqnal aktivliyini dəyişmiş, normada olmayan hüceyrələr bölünməyə başlayır. Buna orqanizm tərəfindən nəzarət olunmur. Həmin hüceyrələr bölünərək artır, bədəndə yayılır, orqanizm resurslarından istifadə edirlər, orqanizmi tükədirlər, amma orqanizm ona təsir edə bilmir. Xərçəng xəstəliyi də məhz budur”.
Ekspert daha sonra sözlərinə belə davam edib: “Kimsə düşünürsə ki, nə vaxtsa xərçəng tam yox olacaq, deməli, həmin şəxsin bu xəstəlik barədə anlayışı yoxdur. Xəstəliyin müalicəsi ilə bağlı bəzi gəlişmələr var, bunu dana bilmərik. Müasir preparatlar, target preparatlar, immunoterapiya və s. Bəzi xəstəliklərin müalicəsini hətta 20 ilə qədər remissiya almaq mümkündür. Müəyyən situasiyalarda ləng inkişaf edən xəstəlikləri sağaltmaq olar. Amma xəstəliyin aqressiv formalarının müalicəsi problem olaraq qalır.
Çox təəssüflər olsun ki, xərçəng xəstəliyinin dünyada bu dinamikasının artmasının əsasında ekoloji səbəblər dayanır. Siqaret çəkmə, aşırı alkoqol qəbulu, havada benzopiren törəmələri, çoxsaylı konserogenlər, dərman preparatları, içməli su problemi - bunlar hamısı bu mutasiyanın orqanizmdə xərçəng şişinin əmələ gəlməsinin əsasında dayanır. Ona görə də xəstəlik artan dinamikadadır”.
Professor bildirib ki, xərçəng xəstəliyinin qarşısını almaq, preventiv tədbirlər görmək, onların sayını azaltmaq üçün əhali artımı bu şəkildə olmamalıdır: “Digər tərəfdən, əhali daha təbii qidalarla qidalanmalıdır. Ekoloji məsələlərə ciddi fikir verilməlidir”.
Xərçəng xəstələrinin müalicəsi ilə bağlı tək bank məsələsində Adil Qeybulla səhiyyənin yardımlar həyata keçirməsini düzgün hesab etmədiyini deyib: “Dünyanın hər yerində, o cümlədən Amerika Birləşmiş Ştatlarında xüsusi fondlar var. Həmin fondlar Səhiyyə Nazirliyinə böyük miqdarda dəstək olurlar. Ona görə də səhiyyə büdcəsi federal büdcəni üstələyir. Bizdə bu imkanlar hələ yoxdur. Mümkün qədər dövlətin ayırdığı vəsaitlərdən optimal istifadə olunmalıdır ki, insanlar bundan fayda görə bilsin”.
Məhərrəm Əliyev