Şəkidə ər və arvad bir-birini bıçaqlayıb

Şəkidə ər və arvad bir-birini bıçaqlayıb
KRİMİNAL

25-01-2023, 23:02

Mətn ölçüsü

Şəkidə bıçaqlanma hadisəsi olub.

News24.az-ın məlumatına görə, ailə münaqişəsi zəmnində ər və arvad bir-birinə bıçaqla xəsarət yetiriblər.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ərin üzərində cərrahi əməliyyat aparılıb.

Qadının xəsarəti yüngül olduğundan ona lazımi tibbi yardım göstərilərək evə buraxılıb.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbsində araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Şəki şəhər sakinləri olan Xaqani Nuriyev və həyat yoldaşı Günəş Nuriyeva arasında şəxsi münasibətlər zəmnində mübahisə baş verib.

Mübahisə zamanı X.Nuriyev həyat yoldaşının boğaz nahiyəsinə bıçaqla cuzi xəsarət yetirib.

Daha sonra X.Nuriyev bıçaqla özünə xəsarət yetirib.

Məsələ ilə bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində istintaq araşdırmalarına başlanılıb, hər iki şəxsdə xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə - tibbi ekspertizası təyin olunacaq.