"Sən kimsən ki, çörəyimi yeyib, mənə minnət qoyursan?..." - Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT SÖZLƏR
    • 26-01-2023, 11:38
    • 1 030

"Sən kimsən ki, çörəyimi yeyib, mənə minnət qoyursan?..." - Şeyx Əbdüldən Şəfiqə Məmmədovaya SƏRT SÖZLƏR

"Bu gün Kinematoqrafçılar İttifaqında Şəfiqə xanım başda olmaqla, bütün idarə heyəti qeyri-legitimdir. Çünki 5 ildən bir orada seçki keçirilməlidir, ancaq keçirilmir. Hansı səbəbə və niyə seçilmədiyi məlum deyil".

Bu fikirləri News24.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Kinematoqrafçılar İttifaqındakı kütləvi istefa ilə bağlı danışarkən deyib.
O qeyd edib ki, bu gün analoqu olmayan idarəçilik sistemi formalaşır:

“Kimi hara təyin edirlərsə, elə bilir ki, ora onun dədəsinin mülkidir. Orada qayda-qanun, dövlətçilik silinir. Bunu da yaradan səbəb var ki, çox boşluqlar var. Qohum və tayfa maraqları ilə idarə olunur. Sadəcə ictimai təşkilat olaraq 56 ildir ki, oranın üzvüyəm. Şəfiqə xanım 12 ildir oturub orada, axı sənin kinoya nə aidiyyatın var?! Öz yanından sədr seçir. Bu qədər özbaşınalıq olar?! Dövlətin kino üçün ayırdığı şeyləri bizə minnətlə verir. O, əslində nökərçiliklə məşğul olmalıdır, sədrdir bizə xidmət etməlidir, amma o, bizə minnət qoyur. Sən kimsən ki, mənim çörəyimi yeyib, mənə minnət qoyursan. Əksinə minnətin olsun ki, biz səni orada saxlamışıq. Soruşan lazımdır ki, 80 yaşında qadının orada nə marağı var?!”

Aynurə FATEH