Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ? - Gizlinlər AÇILIR
    • 25-01-2023, 13:55
    • 235

Kinematoqrafçılar İttifaqında şəhid ailələri üçün yığılan pullar HARA GETDİ? - Gizlinlər AÇILIR

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı ətrafında qalmaqallar böyüyür.

News24.az xəbər verir ki, ARKİ-nin mətubat katibi vəzifəsindən ayrılan Əli Vəliyev Milli.Az-a açıqlamasında İttifaqdakı özbaşınalıqlarla bağlı son açıqlamalarından sonra ciddi təzyiqlə üzləşdiyini bildirib:

"İşdən çıxmağımla bağlı açıqlamalar verəndən sonra mənə qarşı təzyiqlər artıb. Dediklərimin hamısı düzdür, hamısı faktdır.

Vətən müharibəsi zamanı "YAŞAT" Fonduna köçürmək üçün üzvlərdən və katiblərdən pul toplandı, eyni zamanda mən özüm də müəyyən vəsait qoymuşam ora. Xalq artisti Vasif Babayev 500 manat, Nəriman Məmmədov 200 manat, Oktay Mirqasım müəyyən qədər və s. pullar ödəmişik. Ümumilikdə 2820 manat pul yığıldı. Hətta Vasif Babayev o pulu verəndə açıq qeyd etdi ki, "Balalarımın boğazından kəsib, bu pulu qazilərimiz, şəhid ailələrimiz üçün göndərirəm". Şəfiqə Məmmədova isə bu pulları mənimsəyib, qoyub cibinə. Əvəzində dövlətin İttifaqa ayırdığı puldan 5 min manat YAŞAT Fonduna ianə edib. 

Qoy, həmin o 2820 manatı hara köçürübsə, zəhmət olmasa Şəfiqə xanım onun qəbzini versin. Verə bilməyəcək. Əgər dediyimin əksini edə bilsə, mən üzr istəyib, sözlərimi geri götürəcəyəm". 

P.S. İttihamlarla bağlı Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədovanın da mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı zənglərimizi cavabsız qoydu.