Rza Zərrab həbsxanada 63 yaşlı kişiyə təcavüz edib - İDDİA
    • 24-01-2019, 13:04
    • 1 240

Rza Zərrab həbsxanada 63 yaşlı kişiyə təcavüz edib - İDDİA

Nyu-York cənub Federal məhkəməsində həbsdə olan Rza Zərrabəleyhinə Metropoliten həbsxanasında bir müddət birlikdə eyni kameranı bölüşdüyü Faozi Caberin cinsi təcavüz iddiası ilə açdığı məhkəmə işi davam edir.

 Zərrab vəkili Robert Anellonun vasitəsi ilə məhkəməyə etdiyi müraciətdə barəsindəki iddiaların əsassız olduğunu önə sürüb.

Zərrab haqqında açılan işin ləğv edilməsi tələbini qəbul edən hakim Şolomo Haqler F.Caberdən yenidən məhkəməyə müraciət etməsini istəyib. Lakin F.Caber R.Zərrabın əleyhinə açdığı davadan imtina etməyib.

O, məhkəməyə yeni bir şikayət ünvanlayıb və bütün mənəvi zərərlərinin təzminatını istəyib.

Bildirilir ki, F.Caber yeni müraciətində R.Zərrabı ona qarşı dəfələrlə cinsi təhqir və iki dəfə təcavüz etməkdə günahlandırıb.
63 yaşlı Kot-d’İvuarlı F.Caber Manhettendə saxlanıldığı kameranın onun üçün bir işgəncə otağına döndüyünü, yaşlı və ağır xərçəng xəstəsi olduğunu qeyd edərək 35 yaşlı kişiyə müqavimət göstərə bilmədiyini söyləyib.

F.Caber yaşadığı hadisələr nəticəsində peşəsi və karyerasına tamamilə zərər verildiyini, mənəvi cəhətdən sarsıntı keçirdiyini önə sürüb.

Artıq R.Zərrabla F.Caberin vəkillərinin görüşdüyü bildirilir. Onların razılaşmasına əsasən, Zərrab keçmiş kamera yoldaşı F.Caberin cinsi təcavüz iddialarına qarşı müdafiəsini ən geci 13 fevral tarixinə qədər məhkəməyə təqdim edəcək.

//OxuAz