-
- 21-09-2018, 23:11
- 1 250
Rza Zərrab lüks həyat yaşayır? - Fotolar
Türkiyənin “Hürriyət” qəzeti korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martından etibarən ABŞ-da həbsdə olan tanınmış iş adamı Rza Zərrabla bağlı maraqlı iddia ortaya atıb.
“News24” xəbər verir ki, qəzetin müxbiri Razi Canikligil Zərrabı Nyu-York şəhərindəki “Four Seasons Downtown” hotelində görüntülədiyini iddia edib:
“O, hotelə “Cadillac Escalade” markalı lüks avtomobillə gəlib və başqa adla qeydiyyatdan keçib. Maraqlıdır ki, onu FBI və ya özəl mühafizəçi müşayiət etməyib. Zərrab bizi görüncə dərhal hotelə qaçdı. Sürücü 2 saatdan sonra avtomobili qapının qarşısına gətirdikdən sonra oradan ayrıldılar”.
Jurnalistin yayımladığı fotolarda Zərrabı olduğu aydın görünməsə də, Nyu-York Cənub Bölgəsi Federal Baş Prokurorluğu görüntünü təkzib və ya təsdiq etməyib.
Qəzet yazıb ki, R.Zərrab bir neçə ay öncə keçirilən məhkəmədə daha az cəza almaq üçün haqqındakı iddiaları qəbul etmiş və etirafçı olmuşdu. Məhkəmə prosesindən bir ay sonra onun Vestçester həbsxanasında olduğu ortaya çıxmış, lakin o vaxtdan sonra bir daha xəbər tutmaq mümkün olmayıb. Hətta adı həbsxana qeydiyyatından da çıxarılıb.
News24