ABŞ səfirliyindən terror aktı ilə bağlı paylaşım
    • 27-01-2023, 13:01
    • 257

ABŞ səfirliyindən terror aktı ilə bağlı paylaşım

ABŞ səfirliyi Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hücumu barədə açıqlama verib.

News24.az
xəbər verir ki, , səfirliyin feysbuk hesabındakı paylaşımda qeyd olunub:

“ABŞ səfirliyi azərbaycanlı həmkarlarımıza və onların ailələrinə başsağlığı verir. Azərbaycanın Tehrandakı səfirliyində Orxan Əsgərovun ölümü və digərlərinin yaralanması ilə nəticələnən faciəvi hadisə bizi dərindən kədərləndirdi”.