Hacı Şahin İrandakı terror aktı ilə bağlı PAYLAŞIM ETDİ
    • 27-01-2023, 16:02
    • 383

Hacı Şahin İrandakı terror aktı ilə bağlı PAYLAŞIM ETDİ

"İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu".

News24.az xəbər verir ki,  bu sözləri ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli instaqram səhifəsində yazıb.  

"Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik"