-
- 27-01-2023, 16:08
- 369
Cavan Zeynallı xanımın ölümünü 20 gün gizlədib
“Həyat yoldaşım Röya xanım rəhmətə gedib. Mənə çox çətindir. Təzyiqi beyninə vurdu. Mənə dedi ki, iki gündür özümü yaxşı hiss edirəm, dərman içmirəm. Belə eksperiment eləmək düzgün deyil”.
News24.az xəbər verir ki, bu sözləri “Səhər mərkəzi” proqramına Xalq artisti Cavan Zeynallı deyib.
Ötən günlərdə ömür yoldaşı dünyasını dəyişən Zeynallı onun xəstəlik prosesindən söz açıb:
“5 ay xəstəxanada olduq. Həkimlər dedi, 1 ay sonra oturacaqsan. Sonra dedilər danışığınız düzələcək. Gecələr qorxurdu deyə, onun yanında qalırdı. Gözləyirdik düzələcək. Dedilər, Türkiyəyə gedək. Orada da qiymətlər çox yüksəkdir. Gərək sponsor tapaq. Məndə də bu şeylər yoxdur. O birilər tapırlar, mən utanıram. Biz inandıq ki, yaxşı olacaq. 69 yaşında rəhmətə getdi”.
Sənətçi “Dedilər, depressiyaya düşmüsünüz” sualına “Sevimli, gözəl, ağıllı insan ölüb. Bəs, necə olmalıdır? Elə utancaq idi, istəmirdi ki, mahnılara yazılmış sözlərin ona aid olduğunu deyim. Mən isə fəxr edirdim”, - deyə, cavab verib.
C.Zeynallı qızının yanına köçəcəyi barədə şayiələri isə yalanlayıb:
“Yox, qızım Nataşanın yanına getməyəcəm. Onun əri generaldır. Onlar Finlandiyaya gediblər”.
Diqqət çəkən digər məqam isə Röya xanımın ölüm günü ilə bağlı olub. Zeynallı Xəzər TV-yə açıqlamasında həyat yoldaşının 40 mərasiminin 6 fevralda keçiriləcəyini deyib:
“Həyat yoldaşımın şəkillərindən qaçıram. Özümə deyirəm ki, daha olmayacaq! 6 fevralda 40 mərasimidir. Qusarda baş tutacaq”.
Bu məqamda məlum olur ki, C.Zeynallının həyat yoldaşı 29 dekabr 2022-ci ildə vəfat edib. Lakin, o, naməlum səbəbdən Röya xanımın ölümünü gizlədib, hətta 15 yanvar 2023-cü ildə OLAY-a açıqlamasında həyat yoldaşının sinir iflici keçirdiyini, xəstəxanada müalicə aldığını bildirmişdi. 16 yanvarda isə yerli mediada onun ölüm xəbəri yayılıb.//olay.az