Bakıda partlayışda xəsarət alan Pakistan və Hindistan vətəndaşlarının vəziyyəti açıqlanıb
    • 31-01-2023, 11:32
    • 243

Bakıda partlayışda xəsarət alan Pakistan və Hindistan vətəndaşlarının vəziyyəti açıqlanıb

Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.

News24.az xəbər verir ki,  Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan və Hindistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:

"Hadisə zamanı evdə olan bədən xəsarəti alanlardan 4-nün də vəziyyəti orta ağırdır. Onlar üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər".