Azərbaycanda peşə liseyində şok hadisə - Binadan meyit tapıldı
    • 31-01-2023, 12:54
    • 214

Azərbaycanda peşə liseyində şok hadisə - Binadan meyit tapıldı

Sumqayıt şəhərində yerləşən 10 saylı peşə liseyinin binasından meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, şəhərin 42-ci məhəlləsində yerləşən binada axşam saatlarında yaşlı kişi meyiti tapılıb. Dərhal bu barədə aidiyyəti qurumlara məlumat verilib. Aparılan araşdırmalarla meyitin Sumqayıt şəhər sakini olan və tüfeyli həyat tərzi sürən 1959-cu il təvəllüdlü İ.Piriyevə məxsus olması müəyyən edilib. Meyitin üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Taleh BAĞIROV