-
- 1-02-2023, 11:56
- 265
Depozit gəlirlərinə tətbiq olunan vergi maliyyə bazarına necə təsir edəcək?
Mərkəzi Bank depozit gəlirlərinə tətbiq olunan vergininin maliyyə bazarına necə təsir edəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, Vergi Məcəlləsinə əsasən, 7 il müddətinə depozit gəlirlərinə güzəşt tətbiq olunub. Bu dövr artıq başa çatıb. Bu verginin tətbiqi qanunvericiliyin tələbidir: “Bu əmanətlərdə hər hansı təhdid yaratmır. Təhlillər göstərir ki, depozit portfelinin həcminə ciddi təsir göstərməyəcək. Hesab edirik ki, banklar həmin xərci öz depozit faizlərində əks etdirəcək. Ola bilər ki, bu kredit faizlərinə təsir etsin. Bunu isə qarşıdakı təhlillərimiz əsasında deyə biləcəyik”.