Bakıdan Vyanaya uçuşlar başlayır
    • 1-02-2023, 12:44
    • 119

Bakıdan Vyanaya uçuşlar başlayır

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) mayın 2-dən etibarən yeni Bakı-Vyana-Bakı marşrutuna start verir.

Bu barədə News24.az-a AZAL-dan bildirilib.

Qeyd edilib ki, Avstriyanın paytaxtı Vyana yüksək turist cəlbediciliyinə malik bir şəhərdir və Avropanın mədəni və tarixi mərkəzi hesab olunur.

Əlavə edilib ki, bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günü yerinə yetiriləcək.