-
- 1-02-2023, 15:56
- 337
Diabetli uşaqlara qrip peyvəndi vurula bilər? - AÇIQLAMA
“Diabetdən əziyyət çəkən uşaqlara qrip əleyhinə peyvənd vurula bilər. Normal uşaqlara qrip ilə müalicə prosesində verilən dərmanlar onlara da tətbiq edilə bilər”.
News24.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə deyib.
Həkimin sözlərinə görə, tez-tez məktəblilərin qrip epidemiyası ilə bağlı müraciətləri daxil olur: "Sentyabr-oktyabr aylarından qrip əleyhinə peyvəndlərin vurulması tövsiyə edilir. Bu, mövsümdə uşaqların qripə yoluxmasının qarşısını ala bilərlər. Bu il vurulan qrip peyvəndi bu il yayılan virusa qarşı effektivdir. Növbəti il yeni qrip peyvəndi vurulmalıdır. Çünki bu xəstəliklə mübarizə üçün ən optimal yol peyvənddir”.
Həkim qeyd edib ki, tez-tez qripə yoluxan uşaqlara bu peyvənd başqa vaxtlarda da vurula bilərlər.
Qumral Əliyeva