Somalidə prezident sarayı atəşə tutulub
    • 1-02-2023, 19:47
    • 137

Somalidə prezident sarayı atəşə tutulub

Cibuti, Keniya, Somali və Efiopiya liderlərinin “Əş-Şəbab” terror qruplaşmasına qarşı mübarizə üzrə sammitinin başlamasına az qalmış Somali Prezidentinin paytaxt Moqadişodakı iqamətgahı minaatanlardan atəşə tutulub.

Bu barədə “Somali Guardian” xəbər portalı məlumat yayıb.

Prezident sarayının darvazalarına bir neçə mərmi düşüb, mümkün qurbanlar barədə məlumat yoxdur. Atəş polis və təhlükəsizlik qüvvələrinin Moqadişoda bütün əsas yolları bağlamasından bir qədər əvvəl baş verib. Somalinin paytaxtının beynəlxalq hava limanı da bağlanıb. Aeroport yalnız rəsmi hökumət nümayəndə heyətlərinin olduğu təyyarələri qəbul edir.

“Somali Guardian”ın yazdığına görə, Somali rəhbərliyi sammitdə Cibuti, Keniya və Efiopiyadan ölkənin cənubunda “Əş-Şəbab” yaraqlılarını əsas şəhər və qəsəbələrdən çıxmağa məcbur etmək üzrə Somali ordusunun davam edən hücumunda iştirak etmək üçün öz qoşunlarını göndərməklə bağlı razılıq əldə etməyə çalışacaq./“Report”/