Sabirabadda avtomobil piyadanı vurub
    • 3-02-2023, 21:09
    • 203

Sabirabadda avtomobil piyadanı vurub

Sabirabad rayonunun Qaragüney kəndində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib.

 Sabirabad sakini Firudin Əhmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə rayonun Qaragüney kənd sakini İmanov Tahir Qurban oğlunu vurub.

Piyada müxtəlif xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./APA/