Azərbaycanda şok hadisə:  iki qardaş 32 yaşlı qadını zorladı
    • 4-02-2023, 13:11
    • 180

Azərbaycanda şok hadisə: iki qardaş 32 yaşlı qadını zorladı

Fevralın 3-də Şirvan şəhərində 32 yaşlı qadını zorlayan iki qardaşa cinayət işi açılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Şirvan şəhəri ərazisində 1979-cu il təvəllüdlü C.Qurbanov və qardaşı, 1982-ci ildə anadan olmuş E.Qurbanovun Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Hüseynovaya seksual xarakterli zorakılıq əməlləri törətməsi müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 150-ci (Seksual xarakterli zorakılıq əməlləri) maddəsi ilə iş açılıb.

Hazrda əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Hadisənin necə baş verməsi barədə hələ ki, məlumat verilmir.

Taleh BAĞIROV