DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ
    • 4-02-2023, 21:43
    • 187

DİN: Tovuz sakinin Kürdə batması ilə bağlı araşdırma aparılır - YENİLƏNDİ

2022-ci ilin dekabr ayında hüquq-mühafizə orqanlarına Tovuz Rayon Polis Şöbəsinə rayonun Qədirli kənd sakini Eldəniz Məmmədovun Kür çayında batması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov News24.az-a  bildirib ki, rayonun Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumların iştirakı ilə həmin şəxsin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilib.
Nəticədə vətəndaşın meyiti bu gün tapılaraq ekspertizaya təqdim edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır

16.03

Kür çayında meyit tapılıb.

News24.az xəbər verir ki, çayın Şəmkir rayon ərazisindən keçən hissəsindən 1975-ci il təvəllüdlü Məmmədov Eldəniz Mikayıl oğlunun meyiti sudan çıxarılıb.

Meyit eskpertizaya verilib.

Qeyd edək ki, Tovuz rayon sakini Eldəniz Məmmədovun ötən ilin dekabr ayından itkin düşməsi ilə bağlı məlumat yayılıb.