Qəbələdə evdə partlayış olub
    • 6-02-2023, 09:36
    • 179

Qəbələdə evdə partlayış olub

Qəbələdə yaşayış evində partlayış baş verib.

News24.az xəbər verir ki, hadisə səhər saatlarında olub.

Nəticədə Qəbələ şəhər sakini Zəkəriyev İlkin Faiq oğluna məxsus yaşayış evinin 130 kv m hissəsi dağılıb. Hadisə nəticəsində evə ciddi ziyan dəyib. Xəsarət alan yoxdur.

Faktla bağlı araşdırma aparılır.