Azyaşlı qızı küçənin ortasında döydülər - VİDEO
    • 6-02-2023, 11:20
    • 211

Azyaşlı qızı küçənin ortasında döydülər - VİDEO

Azyaşlı qızı küçənin ortasında döyülüb.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazılıb. 

Hadisənin Gəncə şəhərində baş verdiyini qeyd edilib.

"Körpə küçənin ortasında döyülür. Deyə bilərsiniz ki, dilənçidir. Fərqi yoxdur, körpəyə şiddət görən cəzalandırılmalıdır", - deyə istifadəçi qeyd edib.

Qeyd edək ki, sosial şəbəkələrdə əks olunan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb. Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib. E. Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib, faktla bağlı araşdırmalar davam etdirilir