News24.az kollektivinin bütün mediaya mətbuat günü təbriki - VİDEO
    • 22-07-2018, 14:46
    • 1 255

News24.az kollektivinin bütün mediaya mətbuat günü təbriki - VİDEO

Hər kəsin həyatında xüsüsi anlam kəsb edən, qırmızı işarəylə göstərilən bir gün var: Doğum günü. Hər bir fərdin göz açtığı və həyatın qoynuna atılıb yaşam savaşına başladığı gündür o gün.

Hansısa bir sənətin də öz yaradılış günü var. O günün yaradıcısı da, yaşadanı da o sənətin sənətkarıdır. 
1875-ci il 22 iyul... Bəlkə də o kişi bu gün yaşasaydı bu gün onun alacağı ilk nəfəsin başlanğıcıydı deyə bilərik. Çünki o, yeni nəfəs üçün mücadilə etdi. Geriyə addım atmadan mübarizə apardı. Sonda Bir bəy kimi Həsən bəy Zərdabi adını jurnalistikanın ilk səhifəsinə yazdırdı. O kitabın 143 –cü səhifəsindəyik... Sevə -sevə deyə bilərik, 143 –cü ilin mübarək! 


Mediaya dördüncü hakimiyyət deyirlər. Əslində media cəmiyyətin gündəlik həyatının güzgüsü, yaralı yerlərini sarmağa çalışan sanitarıdır. Media bəzən də cəmiyyətdə baş verən hadisələrin katalizatorudur. Deyirlər qıraqdan baxana savaş asan gələr. Jurnalist peşəsi bəlkə kimlər üçünsə asan sayıla bilər. Lakin bu peşənin özünəməxsus çətinlikləri, xüsusiyyətləri var. Təbii ki, söhbət peşəkarlıqdan gedir. 


News24.az  portalı yeni yaransa da, çox güclü və peşəkar kollektivlə işə başlayıb. Komandamızın bütün üzvləri qələmi ilə özünü tanıtmış, sənətini sevən və bilən insanlardır.


Media nümayəndələri olaraq istəyimiz, ölüm, qəza, təcavüz və bu kimi xəbərləri eşitməmək və yaymamaqdır. 
Bəzi dövlət qrumlarına zəng edəndə bizi “yola verməyərək” həvəslə əməkdaşlıq etsinlər. Məsələdən qaçmaq çıxış yolu deyil, məsələni müzakirə edib dəstək olmaqdır peşəkarlıq. 


Axı bizim hamımızın bir məqsədi var: - Xalqa xidmət etmək!


Yaradıcı qrupumuz Türkan Məmmədli, İlhamə Rəsulova, Elvin Nüsrətoğlu, Teymur Məmmədov, Nurlan Gülməmmədov, Adil Ağayevdən ibarətdir. 


Əminik ki, çox tezliklə respublikanın ən önəmli və öndə gedən media qrumlarından biri olacağıq. Hədəfimiz budur. Düzgün, doğru və qərəzsiz xəbərçilik. 


İlhamə Rəsulova
Elvin Nüsrətoğlu