Suriyadakı zəlzələ zamanı 20 İŞİD üzvü həbsxanadan qaçdı
    • 7-02-2023, 10:41
    • 202

Suriyadakı zəlzələ zamanı 20 İŞİD üzvü həbsxanadan qaçdı

Suriyanın şimal-qərbindəki güclü zəlzələdən sonra İŞİD terror qruplaşmasına mənsub olmaqda şübhəli bilinən azı 20 məhbus həbsxanadan qaçıb.

News24.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 

Agentliyin istinadan etdiyi mənbə Türkiyə ilə sərhədə yaxın Racu şəhəri yaxınlığındakı həbsxanada 2000-ə yaxın insanın cəza çəkdiyini, onlardan 1300-nün terrorçu ola biləcəyini açıqlayıb. 

Bildirilib ki, zəlzələ nəticəsində binaya ziyan dəyib. Bundan sonra məhbuslar üsyan ediblər. Onlar həbsxananın bir hissəsini ələ keçiriblər.

Teymur MƏMMƏDOV