Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi - VİDEO
    • 26-01-2019, 16:21
    • 1 117

Zirəddin Rzayev onu ittiham edənlərə cavab verdi - VİDEO

Moskvada yaşayan azərbaycanlı ektrasens Zirəddin Rzayev Rusiyanın birinci kanalında yayımlanan “Cəhənnəmə gedən” proqramı ilə bağlı bəzi qaranlıq məsələlərə aydınlıq gətirib. 

Z.Rzayev həmin proqramda səsləndirdiyi fikirlərdən sonra “Ekstrasens döyüşləri” yarışmasının digər iştirakçılarının onu yalançı adlandırması məsələsindən danışıb. 

“Cəhənnəmə gedən” proqramında Z.Rzayev “Ekstrasens döyüşləri” yarışmasının səhnələşdirilmiş xarakterli olduğunu dilə gətirib. O, fəxrlə yaşadığı evi və sırf şou üçün hazırlanmış kostyumlarla dolu otağı nümayiş etdirib, dünyanın ən bahalı brendinin 195 min 800 rubl (5000 min manat – red.) dəyərindəki jaketini əyninə geyinib.

Daha sonra layihənin finalçıları və qalibləri KİV-lərə məktubla müraciət edərək, Z.Rzayevi yalan danışmaqda ittiham ediblər. 

Z.Rzayev həmkarlarının bu ittihamlarına cavab verərək, həmin verilişdəki açıqlamalarında yalan olmadığını deyib:
“Düşünürəm ki, onlar özlərinin həqiqi sifətlərini, özlərini göstərdilər.Verilişi necə istəyirdilər, elə də montaj edirdilər. Filmlərin harada çəkildiyini necə sübut edə bilərlər? Sizi əmin edə bilərəm ki, bu, montajdır, bunu sübut da edərəm. Bəzi səhnələrdə mənim tapşırığın öhdəsindən gəlmədiyimlə bağlı görüntülər gedib. Orada bir neçə tapşırıq vardı.

Birincisi, mən yanıla bilərəm, hamı yanıla bilər. Əgər yanılıramsa, bu, o demək deyil ki, mən mütəxəssis deyiləm. Bir neçə nəfər oturur və mən onlar haqqında çox şeyi düz deyirəm. Yanlış dediyim hissələri yığıb, efirə verirdilər. Onların əsas məqsədi reytinq, diqqət mərkəzində olmaq və ən əsası reklam idi”.

Sonda ekstrasens onu yalanda ittiham edənləri Allaha tapşırdığını deyib:
“Qoy, onlar böyük gücün qarşısında, Allah qarşısında cavab versinlər! Allah şahiddir, məni tanıyanlar şahiddirlər”.

//OxuAz