Məhkəmə zalına bəbir girdi - 6 yaralı - ANBAAN VİDEO
    • 9-02-2023, 09:10
    • 332

Məhkəmə zalına bəbir girdi - 6 yaralı - ANBAAN VİDEO

Hindistanda rayon məhkəməsinin iclası yarım qalıb.

News24.az xəbər verir ki, məhkəmə zalına vəhşi bəbir daxil olub və insanlara hücum edib.

Heyvan altı nəfəri yaralayıb. Onlar təcili olaraq binadan təxliyə ediliblər.

Bundan sonra məhkəməyə heyvanların mühafizəsi işçiləri daxil oublar. Bəbir tutularaq qəfəsə salınıb. 

Hindistan polisi komissarının köməkçisi üç yaralının xəstəxanaya aparıldığını bildirib. Qalanları ev müalicəsinə göndərilib.

Bəbirin sonrakı taleyi məlum deyil. /Metro.co.uk/

Teymur MƏMMƏDOV