-
- 2-07-2022, 10:40
- 277
Hava limanında çamadandan 109 diri heyvan çıxdı
Taylandın paytaxtı Banqkokdakı Suvarnabhumi hava limanında çamadanlarında canlı heyvan olduğu aşkarlanan iki qadın rentgen apararkən saxlanılıb.
News24.az xəbər verir ki, çamadanlarında 109 diri heyvan olan iki qadın Taylandın Vəhşi Təbiəti Mühafizə Qanununu, Gömrük Qanununu və Heyvan Epidemiya Qanununu pozduqları üçün həbs ediliblər.
Səlahiyyətlilər, çamadanda 2 ağ kirpi, 2 armadillo, 35 tısbağa, 50 buqələmun və 20 ilan tapıblar. Çamadanlarında 109 baş heyvan daşıyanların Banqkokdan Hindistanın Çennai şəhərinə gedən 38 yaşlı Nithya Raja və 24 yaşlı Zakia Sulthana Ebrahim olduğu açıqlanıb.
Xatırladaq ki, 2019-cu ildə Banqkokdan Hindistanın Çennai şəhərinə gedən bir kişinin baqajında 1 aylıq bəbir balası tapılmış və həmin şəxs daha sonra saxlanılmışdı.