Türkiyənin zəlzələ bölgəsində çalışan əcnəbi xilasedicilərin statistikası açıqlanıb
    • 10-02-2023, 12:14
    • 136

Türkiyənin zəlzələ bölgəsində çalışan əcnəbi xilasedicilərin statistikası açıqlanıb

Türkiyənin Xarici İşlər Nazirliyi zəlzələ bölgəsində çalışan əcnəbi xilasedicilərin statistikasını yayıb.

News24.az xəbər verir ki, 95 ölkə Türkiyəyə yardım təklifi edib.

Bildirilib ki, zəlzələ bölgəsində 60 ölkədən 6810 xilasedici fəaliyyət göstərir.

Eyni zamanda, 19 ölkədən 2518 xilasedicinin gəlməsi də gözlənilir.