FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınır
    • 11-02-2023, 11:23
    • 266

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınır

Prezident İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sayca üçüncü humanitar yardım karvanı qardaş ölkəyə yola salınır.

News24.az-ın xəbərinə görə, nazirliyə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yola salınacaq humanitar yardıma dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Qeyd edək ki, humanitar yardım yük avtomobilləri və onları müşahidə edən nəqliyyat vasitələri ilə qardaş ölkəyə göndərilir.