“Ana, Allaha dua et ki, canımızı alsın" - ZƏLZƏLƏNİN DƏHŞƏT DOLU ANLARI
    • 11-02-2023, 15:36
    • 268

“Ana, Allaha dua et ki, canımızı alsın" - ZƏLZƏLƏNİN DƏHŞƏT DOLU ANLARI

Malatyada dağıntılar altında qalan qadın həmin dəhşətli anları danışıb.

News24.az xəbər verir ki, Gülay Duran dəhşət dolu o anları belə təsəvvür edib:

“Səhər saat 4 radələrində həyat yoldaşımın zəlzələ olduğunu qışqırmasına oyandım. Sonra uşaqları qaldırdıq. Tam dəmir qapıya çatanda bina çökdü. Mən, həyat yoldaşım və qızım eyni yerdə idik. Oğlum başqa yerə yıxıldı. Təxminən 6 saat dağıntılar altında qaldım. Həyat yoldaşım yanımda idi və o, həmin an dünyasını dəyişdi. Qızımla qaldıq, qışqırırdıq. Ayağımıza dəmir qapı düşmüşdü. Həyat yoldaşım həmin an öldü. Əli əlimdə idi. O an “Allahım canımızı al” dedik. Çünki daha nəfəs ala bilmirdik. Qızım da, mən də ölmək istəyirdik. Qızım dedi: “Ana, Allaha dua et ki, canımızı alsın.  Başımızın üstündən kərpic açılanda, işıq görəndə ümid yarandı. Bundan sonra “Allahım, bizə kömək ol, bizi xilas et” dedik. Çoxlu qonşularım var idi. Bilmirəm sağdırlar, yoxsa ölüBlər. Eşitdim ki, qonşunun qızı ölüb. Ümid edirəm ki, çox adam ölməyib. Allah hamıya kömək olsun".

Aynurə