-
- 12-02-2023, 13:05
- 253
Türkiyədə zəlzələ nəticəsində ölən azərbaycanlı iş adamı Salyanda dəfn olunub
Türkiyənin Hatay bölgəsində baş verən zəlzələdə həyatını itirən Rusiya vətəndaşı olan iş adamı Salyanda dəfn olunub.
News24.az xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyədə baş verən zəlzələdə Hatay şəhərində həyatını itirib. Xeyriyyəçi kimi tanınan Eldəniz Əliyev 40 ilə yaxın Rusiyanın Sankt-Peterburq şəhərində kənd təsərrüfatı məhsullarının topdansatışı ilə məşğul olan iş adamı olub. Onun xeyriyyəçi kimi həm də böyük nüfuzu olub. 44 günlük vətən müharibəsi zamanı “Yaşat fondu”-na 20 min ABŞ dolları vəsait də köçürüb. Eldəniz Əliyev həm də Sank-Peterburq şəhərində Azərbaycan diasporunun aktiv üzvlərindən biri idi. E.Əliyev ticari işləri ilə əlaqədar Hatay şəhərində səfərdə olub. Biznes sahəsində türk ortağına məxsus kotej tipli oteldə qalıb. Səhər saatlarında həmin binanın uçması nəticəsində həyatını itirib. Bu gün Eldəniz Əliyevin cənazəsi Türkiyədən gətirilərək doğulduğu Salyan rayonun Arbatan kəndində dəfn olunub. Onun özündən sonra iki övladı qalıb.