-
- 14-02-2023, 14:25
- 377
Zəlzələdə valideynlərini itirən uşaqları övladlığa götürmək mümkün olacaq? - Türk səfirindən AÇIQLAMA
"Zəlzələdə yaralanan və ya valideynlərini itirən uşaqları Türkiyə vətəndaşları övladlıq götürə bilər. Ancaq bunun üçün Türkiyənin müvafiq qurumlarının icazəsi olmalıdır".
News24.az xəbər verir ki, bu fikirləri Türkiyədəki zəlzələ ilə bağlı keçirilən birifinqdə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı deyib. Səfir diqqətə çatdırıb ki, zəlzələ bölgəsində valideynlərini itirən uşaqların digər ölkələrdə yaşayan şəxslərə övladlığa verilməsi müzakirə mövzusu deyil:
Səfir bildirib ki, Türkiyədəki zəlzələdə valideynlərini itirən uşaqlar əcnəbilərə övladlığa verilməyəcək.
O əlavə edib ki, Azərbaycanın iki səhra xəstəxanası zəlzələ bölgəsində qurulub: "Orada yaralılar müalicə olunur. Ancaq ehtiyac olduğu təqdirdə bəzi yaralıları Azərbaycanda müayinə də etmək mümkün olacaq. Bu barədə Prezident İlham Əliyevin göstərişi var".
Məhərrəm ƏLİYEV