-
- 22-07-2018, 16:05
- 1 202
Dünya çempionatlarının rekordçusu futbolçu karyerasını başa vurub
Mekskalı məşhur futbolçu Rafael Markes karyerasını bitirməyə qərar verib.
News24.az-ın məlumatına görə, 39 yaşlı müdafiəçi bu barədə şəxsi "Twitter" səhifəsində yazıb.
Markes 22 illik karyerası ərzində yerli "Atlas" və "Leon"la yanaşı, Fransanın "Monako", İspaniyanın "Barselona", ABŞ-ın "Nyu-York Red Bullz" və İtaliyanın "Verona" kimi klublarında çıxış edib. O, "Barsa"nın heyətində 4 dəfə İspaniya çempionluğu, 3 dəfə ölkə Super Kuboku, 2 dəfə Çempionlar Liqası və hərəyə bir dəfə İspaniya Super Kuboku, UEFA Super Kuboku və klublararası dünya çempionluğu əldə edib.
Markes Rusiyadakı dünya çempionatında rekord müəyyənləşdirib. O, 5 mundialda çıxış edən yeganə futbolçu olub.
//Report.az