Madonna Türkiyə və Suriyaya yardım üçün çağırış etdi
    • 15-02-2023, 11:18
    • 143

Madonna Türkiyə və Suriyaya yardım üçün çağırış etdi

Dünyaca məşhur pop ulduzu Madonna sosial media hesabı vasitəsilə Türkiyə və Suriyada zəlzələdən əziyyət çəkən şəxslərə yardım istəyib.

News24.az xəbər verir ki, Madonna paylaşımı İnstaqram hesabında edib və bu sözlərə yer verib:


“Sevgililər günündə hamı sevgidən danışır. Gəlin, bütün sevgimizi bu böyük zəlzələdə dağıntılara və itkilərə məruz qalan Türkiyə və Suriyaya göndərək.

33 181 nəfər ölüb. Orada bir çox insan evini, işini itirdi. Yaxınlarını deməyə belə gərək yoxdur. Bütün şəhərlər silindi. Ürəyimiz parçalanır! Yardım etmək üçün ən yaxşı yer Ahbap.org-dur”.

“Ahbap” xeyriyyə cəmiyyətinin rəhbəri Haluk Levent ianələri idarə etdiyi quruma yönəltdiyi üçün Madonnaya təşəkkür edib.