ABŞ ələ keçirdiyi İran silahlarını Ukraynaya göndərəcək
    • 15-02-2023, 11:54
    • 172

ABŞ ələ keçirdiyi İran silahlarını Ukraynaya göndərəcək

ABŞ ordusu Yəməndə ələ keçirilən İran silahlarının Ukraynaya göndərilməsinin planını hazırlayır.

News24.az xəbər verir ki, bu barədə “Voll Strit” nəşri məlumat yayıb.

Məlumatda vurğulanır ki, bu silahlar İranla əməkdaşlıqda şübhəli bilinən qaçaqmalçılardan götürülüb.

“ABŞ Yəməndə ələ keçirdiyi silah anbarından Ukraynaya 5000-dən çox döyüş silahı, 1.600.000 kiçik silah, tank əleyhinə raketlər və 7000-dən çox qoruyucu jilet göndərməyi planlaşdırır”, - deyə məlumatda qeyd olunub.