Bakıda özəl klinikanın qarşısında dəhşətli hadisə - ÖLƏN VAR
    • 15-02-2023, 12:00
    • 229

Bakıda özəl klinikanın qarşısında dəhşətli hadisə - ÖLƏN VAR

Bakıda klinikanın qarşısında ağır yol qəzası baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, gecə saat 04 radələrində Sabunçu rayon Bakıxanov qəsəbəsi Yavər Əliyev küçəsində - "Stimul Hospitalın" qarşısında, 1983-cü il təvəllüdlü Həsənov Sətdər Əlizad oğlu etibarnamə ilə idarə etdiyi "Ford Transit" markalı avtomaşınla piyadanı vurub. Piyada 1990-cı il təvəllüdlü Şükürov Elşən Məhəddin oğlu ağır xəsarətlər alıb və Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Bütün tibbi müdaxilələrə baxmayaraq 33 yaşlı Elşən Şükürov vəfat edib.

Faktla bağlı Sabunçu RPİ-nin İŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Taleh BAĞIROV