Gəncədə dəhşətli hadisə - Ölən və yaralanan var
    • 15-07-2022, 17:17
    • 296

Gəncədə dəhşətli hadisə - Ölən və yaralanan var

Dünən gecə Gəncədə dəhşətli yol qəzası baş verib. 

News24.az-ın məlumatına görə, Gəncə şəhəri Səməd Vurğun küçəsi 81 ünvanının qarşısında 1995-ci il təvəllüdlü Orxan Nağıyev gecə saat 23:50 radələrində "Vaz" markalı avtomobillə yolun kənarında cəmləşmiş şəxsləri vurub.

Hadisə nəticəsində 1952-ci il təvəllüdlü Məmmədov Alim Möhdün oğlu aldığı xəsarətlərdən vəfat edib. Avtomobilin altında qalan 1957-ci il təvəllüdlü Bağırova Solmaz Yunis qızı isə ağır xəsarətlər alıb. 

İlkin məlumata görə, hadisə vaxtı Səməd Vurğub küçəsində qadınlar arasında dava-dalaş olub və Alim Məmmədov onları ayırmağa çalışıb. Bu zaman hadisə yerinə müdaxilə etmək istəyən Orxan da maşını yol kənarındakı şəxslərin üstünə sürüb. Nəticədə faciə baş verib. 

Faktla bağlı araşdırma aparılır.