-
- 15-02-2023, 13:53
- 649
Bakıda taksi sürücüsündən 16 yaşlı qıza qarşı İYRƏNC HƏRƏKƏT
Bakıda avtomobilinə müştəri kimi əyləşən 16 yaşlı qıza qarşı xuliqanlıq hərəkəti edən, ona atmacalar atan və mobil telefonuna intim məzmunlu mesajlar yazan taksi sürücüsü həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. Yasamal rayon Polis İdarəsinin 27-ci Poli Bölməsinə müraciət edən vətəndaş tanımadığı taksi sürücüsünün 16 yaşlı qızını narahat etdiyini bildirib.
Belə ki, o, şikayətində 16 yaşlı qızı L.Hüseynovanın taksi ilə evə getdiyini, yolboyu sürücünün ona atmacalar atdığını bildirib. Daha sonra sürücü məktəblinin istifadə etdiyi telefona ardıcıl mesajlar yazıb. Qorxu keçirən yeniyetmə taksi sürücüsünün əməlləri barədə valideynlərinə məlumat verib.
Aparılan araşdırmalarla xuliqanlıq edən taksi sürücüsünün Sabirabad rayonu Mürsəlli kənd sakini Z.Babaşov olması müəyyən edilib. O, müştəri qismində götürdüyü qızı bəyəndiyinı, onunla bağlı fikrinin ciddi olduğunu deyərək özünü müdafiə edib və hərəkətindən peşman olduğunu deyib.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə 24 yaşlı taksi sürücüsü İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıq maddəsi ilə təqsirli bilinib və ona 10 sutkalıq həbs cəzası verilib.
Taleh BAĞIROV