Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib
    • 15-02-2023, 14:31
    • 162

Mehriban Əliyeva akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevi doğum günü münasibəti ilə təbrik edib.

News24.az -ın xəbərinə görə, Birinci vitse-prezidentin rəsmi sosial şəbəkə hesabında paylaşdığı təbrikdə deyilir:

"Böyük ürək sahibi, nurlu, mehriban İnsan! Ad günün mübarək! Sənə möhkəm cansağlığı, gümrahlıq və gözəl əhval-ruhiyyə arzulayıram! Sən gözəl ata və qayğıkeş babasan! Sənə sevgimiz sonsuzdur! Ömrün uzun olsun! Uca Allah bütün valideynləri qorusun!".