“Türkiyə Tək Ürək ” kampaniyasında rekord məbləğdə ianə toplandı
    • 16-02-2023, 08:57
    • 179

“Türkiyə Tək Ürək ” kampaniyasında rekord məbləğdə ianə toplandı

Kahramanmaraşda iki böyük zəlzələdən zərər çəkənlər üçün təşkil edilən "Türkiyə Tək Ürək" kampaniyasında rekord məbləğdə ianə toplanıb.

News24.az xəbər verir ki, Türkiyənin bir çox telekanalında, xaricdən 213 televiziya və 562 radioda yayımlanan kampaniyada 115 milyard 146 milyon 528 min lirə (təxminən 10 milyard 386 milyon 216 min AZN) ianə edilib.

Bundan başqa canlı yayım vaxtı göndərilən SMS-lərin sayı 9 milyon 10 min TL ( 812 min 702 AZN) olub. /Haber Global/

Teymur MƏMMƏDOV