Baydenin səhhəti prezidentliyə davam etməyə imkan vermir? – Həkimi açıqladı
    • 17-02-2023, 10:17
    • 126

Baydenin səhhəti prezidentliyə davam etməyə imkan vermir? – Həkimi açıqladı

ABŞ prezidentinin həkimi Kevin Konor Co Baydenin səhhətinin “prezidentlik vəzifələrini yerinə yetirməyə uyğun” olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, Konor rutin müayinələrdən sonra 80 yaşlı Baydenlə bağlı bu məlumatı ictimaiyyətə bölüşüb.

Hesabatda qeyd olunub ki, Baydenin döş qəfəsindəki lezyon üçün biopsiya aparılıb, lakin nəticələrin hələ əldə olunmadığı bildirilib. Prezidentin digər müayinələrinin də normal olduğu bildirilən hesabatda “son dərəcə ətraflı nevroloji müayinə aparılıb” və onun Parkinson kimi nevroloji xəstəliyinin olmadığı bildirilib.

Məlumat üçün bildirək ki, Co Bayden ABŞ tarixinin ən yaşlı prezidenti tituluna sahibdir.