-
- 22-07-2018, 16:22
- 992
“İranla müharibə bütün digər müharibələrin açarı olacaq”
İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampı ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən, "şirin quyruğu ilə oynamaqdan” çəkinməyə çağırıb.
News24.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran dövlət başçısının saytında məlumat yerləşdirilib.
"Şirin quyruğu oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə qarşı heç bir maneə törədə bilməzsiniz", - deyə İran lideri vurğulayıb.
Ruhani amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq: "Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik".
Qeyd edək ki, bundan əvvəl ABŞ bütün müttəfiqlərini bu ilin noyabr ayından İrandan neft alınmasını dayandırmağa çağırıb. ABŞ maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ İrandan neft alan Rusiya, Çin və digər ölkələrə qarşı sanksiyalar tətbiq etməyə hazırdır.
ABŞ dövlət katibi Maykl Pompeo isə bəyan edib ki, ABŞ-ın İran neft sektoruna qarşı sanksiyası noyabrın 4-dən qüvvəyə minir, bu müddətdən sonra İrandan neft alınması sanksiyanın pozulması sayılacaq.
İran isə ABŞ-ın bu təhdidi ilə bağlı BMT Beynəlxalq Məhkəməsinə müraciət edib. Üstəlik bəyan edib ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, Hörmüz boğazından dünya bazarlarına neft ixracının qarşısını alacaq.
Yeri gəlmişkən, Hörmüz boğazı ilə dünyada ixrac edilən neftin 20 faizi daşınır.