![İsmayıllıda buzlu yolda 7 avtomobil toqquşub, yaralılar var](/uploads/posts/2023-02/1676668204_3ce354b0-3ee9-4f04-8454-082d9fc2a362.jpg)
-
- 17-02-2023, 23:50
- 260
İsmayıllıda buzlu yolda 7 avtomobil toqquşub, yaralılar var
İsmayıllı rayonunun Basqal qəsəbəsində xəsarətlə nəticələnən zəncirvari avtomobil qəzası olub.
Axşam saatlarında yolun buz bağlaması səbəbindən 7 minik avtomobili - "Mercedes", "Opel", "Qazel", "Ford", "Toyota Prius", "Hyundai SantaFe" və "VAZ-2107" markalı minik avtomobilləri bir-birinə çırpılıb, bəzi nəqliyyat vasitələri zərbənin təsirindən yoldan çıxaraq aşıb.
Hadisə zamanı 1968-ci il təvəllüdlü Şükürov Zabil Müqabil oğlu, 1988-ci il təvəllüdlü İsrafilov Mövlud Qiyas oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardım avtomobili ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır. /Report/