Kəlbəcərdə tunel tikintisi zamanı türkiyəli fəhlə ölüb
    • 18-02-2023, 11:57
    • 147

Kəlbəcərdə tunel tikintisi zamanı türkiyəli fəhlə ölüb

Kəlbəcərdə bədbəxt hadisə baş verib.

News24.az-ın məlumatına görə, hadisə Toğanalı-Kəlbəcər tunelində qeydə alınıb.

Sözü gedən tuneldə fəhlə işləyən Türkiyə vətəndaşı 1968-ci il təvəllüdlü Osman Kaya daş qopması nəticəsində ölüb.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.