Şuşaya gedən bu yol ödənişli olacaq
    • 18-02-2023, 12:37
    • 224

Şuşaya gedən bu yol ödənişli olacaq

“Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu, M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistanla dövlət sərhədi avtomobil yolunun 157-ci kilometrindən başlayır. Yolun uzunluğu 81,6 kilometrdir, 4-6 hərəkət zolaqlı olacaq”.

News24.az xəbər verir ki, bu fikirləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov deyib.

S.Məmmədov qeyd edib ki, üzərində tikilən körpülər və tunellər hesabına nəqliyyat vasitələrinin yüksək sürətlə, təhlükəsiz hərəkətinə imkan veriləcək: “Bu yol “Zəfər Yolu” ilə müqayisədə 19,4 kilometr qısadır və bu yol ödənişli olacaq. Avtomobil yolunun 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur”.