Azərbaycan Belarusdan dörd elektrobus alır
    • 29-01-2019, 11:35
    • 619

Azərbaycan Belarusdan dörd elektrobus alır

Belarusun “Belkommunmaş” Açıq Səhmdar Cəmiyyəti Azərbaycana iri tutumlu dörd ədəd elektrobus tədarük etməyə hazırlaşır.

Elektrobuslar Gəncə şəhərində bunun üçün xüsusi olaraq təşkil olunacaq marşrutda sınaqdan keçiriləcək.

Gələcəkdə yerli avtomobil zavodunda elektrobusların müştərək yığımı həyata keçiriləcək.

Qeyd edək ki, əməkdaşlıq haqqında saziş Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi nümayəndə heyətinin Minskdəki müəssisədə apardığı danışıqlardan sonra imzalanıb.

//OxuAz