Bakı bulvarında dəhşətli hadisə – Sahildə suyun üzərinə meyit çıxdı
    • 20-02-2023, 12:04
    • 316

Bakı bulvarında dəhşətli hadisə – Sahildə suyun üzərinə meyit çıxdı

Dənizkənarı Milli Parkın sahilində meyit tapılıb.

News24.az-ın əldə etdiyi məlumata görə, dünən saat 16 radələrində bulvarın sahil hissəsində – dənizdən 30-35 yaşlı şəxsin meyiti aşkar edilib. Meyit dərhal götürülüb və aidiyyəti üzrə təhvil verilib.

İlkin araşdırmalarla ölən şəxsin Lənkəran rayon sakini olan 1991-ci il təvəllüdlü Fərid Əbülfət oğlu Ağazadə olması müəyyən edilib. Meyit üzərində zorakılıq əlaməti tapılmayıb.

Onun nə vaxt və hansı şəraitdə dənizə düşməsi məlum deyil.

Araşdırma aparılır.//globalinfo.az