-
- 20-02-2023, 15:49
- 442
Türkiyədən gələn məhsullar BAHALAŞACAQ?
"Əgər azərbaycanlı sahibkarların zəlzələ baş verən ərazilərdə iş birlikləri varsa, istər məhsul idxalı, istərsə də məhsul ixracı həyata keçirən sahibkarlarımız üçün ciddi şəkildə fəsadlar olacaq".
Bunu News24.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Türkiyədə baş verən zəlzələnin Azərbaycana mənfi təsirləri haqda danışarkən mütləq şəkildə dəymiş ziyanın və Azərbaycanla olan iqtisadi əlaqələrin həcminə baxmaq lazımdır:
"Zəlzələ nəticəsində Türkiyə iqtisadiyyatına 100 milyard dollara yaxın zərər dəyib. Ötən il Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 6 milyard dollar həcmində olub. Göründüyü kimi hər iki istiqamətdə olan göstəricilər çox böyükdür. Azərbaycanın Türkiyədən idxal etdiyi və eyni zamanda Türkiyəyə ixrac etdiyi məhsulların quruluşuna baxanda görərik ki, zəlzələ baş verən ərazilərin ticarət dövriyyəsində rolu o qədər də çox deyil. Əsasən, kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məhz zəlzələ ərazisində baş tutur. Bütün ölkə üzrə götürdükdə ölkənin makro iqtisadi göstəricilərinə ciddi təsir olmayacaq".
Qumral Əliyeva